Logo
    Apple gələn il süni zəka əsaslı yeni məhsul təqdim etməyə bilər

    Apple gələn il süni zəka əsaslı yeni məhsul təqdim etməyə bilər

        Bloomberg saytının məşhur insayderi Mark Gurman keçən ay məlumat vermişdi ki, Apple şirkəti generativ süni zəka əsaslı çat-bot hazırlayıb və artıq onu şirkət daxilində test edir. Bununla yanaşı insayder bildirmişdi ki, Apple artıq gələn il süni zəka ilə bağlı vacib anonsunu edə bilər. Məşhur analitik Ming-Chi Kuo isə bildirib ki, bunun baş verəcəyinə dair heç bir işarə yoxdur.
      Analitikin fikrincə Apple şirkəti generativ süni zəka mövzusunda öz rəqiblərindən geridə qalır və şirkət çətin ki, 2024-cü ildə süni zəka sisteminə sahib hansısa məhsulunu təqdim etsin. “Apple şirkətinin 2024-cü ildə süni zəka əsaslı hansısa hardware məhsulunu təqdim edəcəyinə dair heç bir işarə yoxdur” - deyə analitik qeyd edib. Analitikin bu cür bəyanatı Mark Gurman-ın öz proqnozunda yanıldığı demək deyil. Sadəcə olaraq analitikin fikrincə növbəti nəsil süni zəka sisteminin Apple məhsullarında məhz 2024-cü ildə istifadəsi ehtimalını nəzərdən keçirtmir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Apple gələn il süni zəka əsaslı yeni məhsul təqdim etməyə bilər