
Apple gələn il üçün qatlana bilən iPad üzərində çalışır (VİDEO)
Elm & Texnologiya
08.07.2019
Emil
IHS Markit şirkətinin analitiki Jeff Lin öz mənbələrinə istinadən bildirib ki, Apple şirkəti gələn il özünün ilk qatlana bilən cihazını satışa çıxardacaq. Təəccüblüsü ondadır ki, bu cihaz smartfon deyil, planşet olacaq. Bu barədə Phonearena saytına istinadən Gagadget saytı xəbər verib. Yəni qatlanmış vəziyyətdə cihaz adi iPad planşetini, tam açıq formatda isə cihaz MacBook-u xatırladacaq.
Cihazın hansı ölçüdə ekrana sahib olacağı bilinmir. Lakin Apple şirkəti artıq 12 düym ekrana sahib iPad Pro modelinə sahibdir. Bununla yanaşı şirkətin qatlana bilən cihazının A seriyasından olan yeni prosessor və 5G modem ilə təchiz olunacağı da gözlənilir. Çox güman ki, bu cihaz Microsoft şirkətinin iki ekranlı qatlana bilən Surface cihazına rəqib olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
