main-post-cover

    Apple gələn ilki bütün iPhone modellərini 5G modem ilə təchiz edə bilər

    Elm & Texnologiya
    29.07.2019
    Emil Nəcəfov
        Apple şirkətinin sentyabr ayında baş tutacaq yeni iPhone modellərinin təqdimatına hazırlaşdığı bir vaxtda internetdə artıq gələn ilki iPhone modellərinin əsas özəlliklərindən biri barəsində məlumatlar ortaya çıxır. Yeni məlumat sızıntısını məşhur analitik Ming-Chi Kuo verib. Bu barədə Techradar saytına istinadən 4pda saytı xəbər verib.
        Bir çox mənbələrin məlumatlarına əsasən gələn il 5G şəbəkəsi artıq mobil sənayesinin standartına çevriləcək və Apple şirkəti öz istifadəçilərinə bu şəbəkəyə qoşulmaq imkanını verməyə məcbur olacaq. Ming-Chi Kuo-nun sözlərinə əsasən buna görə Apple şirkəti gələn ilki bütün iPhone modellərini 5G dəstəyi ilə təmin edəcək. Bura həmçinin büdcəli XR modelinin davamçısı da daxil olacaq.
        Analitikin sözlərinə əsasən baxmayaraq ki, Apple bir neçə gün bundan öncə Intel şirkətinin mobil modem biznesini alıb, gələn ilki iPhone modelləri Qualcomm şirkətinin istehsalı olan 5G çiplər ilə təchiz olunacaqlar. Belə ki, Apple şirkətinin öz modemlərini istehsal etməsinə vaxt lazımdır. Ming-Chi Kuo-nun proqnozlarına əsasən yaxın gələcəkdə Apple şirkəti Qualcomm-un istehsalı olan mikrosxemlərdən imtina edərək öz mikrosxem modellərinə keçid edə biləcək. Onun sözlərinə əsasən bu, 2021-ci ildən tez olmayacaq.
    Linki kopyala