
Apple gizli şəkildə özünün MicroLED adlı ekranını yaratmağa başlayıb
Elm & Texnologiya
19.03.2018
Emil
Apple şirkəti iPhone X ekranının
bir sıra göstəricilərindən daha üstün olacaq MicroLED adlı ekranı üzərində gizli şəkildə
çalışır. Bu barədə Bloomberg saytı xəbər verib. Məlumata əsasən şirkət yeni nəsil
MicroLED ekranlarının istehsalına külli miqdarda vəsait yatırır. Güman olunur
ki, həmin ekranlar indiki OLED ekranlardan daha nazik və daha dolğun rəngli
olacaqlar.
Bundan əlavə olaraq yeni MicroLED ekranlar az enerji sərfiyyatı özəlliyinə,
geniş rəng qammasına və ayrı rənglər üzərində dəqiq idarəetmə özəlliklərinə
sahib olacaqlar. MicroLED Apple şirkəti tərəfindən öz cihazları üçün istehsal edilən ilk ekran ola bilər. Qeyd etmək lazımdır ki, daha öncə şirkət öz məhsullarında
yalnız kənar şirkətlərin istehsalı olmuş ekranlardan istifadə edib. Məsələn
iPhone X-in ekranları Samsung tərəfindən, Apple Watch-un ekranları isə LG tərəfindən
istehsal olunur.
Bununla yanaşı məlumata əsasən MicroLED ekranlı ilk Apple
cihazı yalnız bir neçə ildən sonra satışa çıxa bilər. Belə ki, MicroLED-in
istehsalı adi OLED ekranın istehsalından daha qəlizdir. Bloomberg-in verdiyi məlumata
əsasən yeni ekran üzərində 300-ə yaxın mühəndis çalışır. Ekran istehsalı üçün
bu cür göstəricinin az olması baxımından şirkət çox gümanki ekran
istehsalını autsorsinq edəcək. Apple şirkəti həmişəki kimi bu xəbər ilə bağlı
heç bir rəy bildirməyib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
