Logo
    main-post-cover

    Apple həmtəsisçisi: İnsanlar robortların ev heyvanlarına çevriləcəklər.

    Apple-ın qurucularından Steve Wozniak ABŞ-ın Teksas ştatında baş tutan texnologiya konfranslarının birində süni intellekt texnologiyasının inkişafı haqqında öz fikirlərini zalla bölüşüb. Wozniak süni zəkanın 100 illər sonra insanlardan daha ağıllı olacağını və belə olan halda insanlara yalnızca bir növ ev heyvanı kimi yanaşacaqlarını deyib. Bu hadisəni insanların inkişaf etdikdən sonra təbiətdə sərbəst şəkildə yaşayan digər heyvanları əhliləşdirməsi prosesinə bənzədən Wozniak bu cihazların təbiəti tam qavrayacaqlarını və insanların bu təbiətin bir hissəsi olması səbəbilə onları öldürməyəcək qədər də ağıllı olacaqlarını bildirib.
     
    Paylaş
    Bənzər xəbərlər