Logo
    'Apple' ilə eksklüziv müqaviləyə görə 'Qualcomm' 1.23 milyard dollar cərimə aldı

    'Apple' ilə eksklüziv müqaviləyə görə 'Qualcomm' 1.23 milyard dollar cərimə aldı

    “Qualcomm” şirkəti iPhone və iPad cihazlarında yalnız onun çiplərinin istifadə olunması üçün milyardlarla dollar vəsait ödəyib.
    Avropa birliyinin antimonopoliya tənzimləyiciləri “Qualcomm” şirkətini 997 milyon avro (1.23 milyard dollar) cərimələyiblər. Bu barədə Reuters saytı xəbər verib. Bu cərimə Avropa komissiyasının 2015-ci ildən bəri apardığı istintaq nəticəsində təyin olunub. İstintaq çərçivəsində nizamlayıcılar şirkətin modem çiplər bazarında dominantlığını analiz ediblər. Rəqabət ilə bağlı suallar üzrə avropalı komissar Margrethe Vestager-in sözlərinə əsasən “Apple” ilə “Qualcomm” arasındakı müqavilə “Qualcomm”u bazarda ən böyük çip istehsalçısına çevirib.
    Baxmayaraq ki, bu şirkətin rəqibləri də yaxşı keyfiyyətli məhsullar istehsal edirlər. Hər iki şirkət arasındakı razılaşmanın dəyəri milyardlarla dollar ilə ölçülür. Sözügedən cərimədəki məbləğ “Qualcomm”un 2017-ci ildə əldə etdiyi gəlirin 4.9%-ni təşkil edir. Qeyd etmək lazımdır ki, 2017-ci ilin Yanvarında “Apple” “Qualcomm”u monopolizmdə ittiham edərək onu məhkəməyə vermiş və şirkətdən 1 milyard dollar təzminat tələb etmişdi. “Apple” “Qualcomm”u istehsal olunan məhsulların qiymətlərinin qaldırılmasında və ona digər şirkətlərdən çip almağı qadağan etməsində günahlandırırdı. Həmin ilin Aprel ayında isə “Qualcomm” “Apple” şirkətini məhkəməyə vermişdi.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    'Apple' ilə eksklüziv müqaviləyə görə 'Qualcomm' 1.23 milyard dollar cərimə aldı