
Apple ilə Samsung arasındakı 7 illik patent müharibəsi sonunda yekunlaşdı
Elm & Texnologiya
28.06.2018
Emil
Apple şirkəti ilə Samsung arasında uzun illər ərzində hökm sürmüş patent müharibəsi mövzusunda sonunda
ortaq razılaşma əldə olundu. Qeyd edək ki, Apple şirkəti Samsung-u iPhone
dizaynının oğurlanmasında günahlandırırdı. Ortaq razılaşma Kaliforniya ştatının
məhkəməsində baş tutub. Məhkəmə qərarının şərtləri barədə məlumat verilmir.
Apple şirkətinin təmsilçisi qeyd edib ki, bu mübahisə böyük miqdarda pul təzminatının
alınmasından daha böyük xarakter daşıyırdı. Samsung şirkəti isə bu məsələdə
fikir bildirməkdən imtina edib.
Bu ilin May ayında Kaliforniya ştatının məhkəməsi
Apple şirkətinin tərəfini tutmuşdu. Məhkəmə hakimi belə qərara gəlmişdi ki,
Samsung öz smartfonlarının istehsalı zamanı Apple şirkətinin 3 patentini pozub.
Daha iki patent pozuntusu isə
smartfonların texnoloji özəllikləri ilə bağlıdır. Həmin vaxtda məhkəmə qərar
vermişdi ki, Samsung Apple şirkətinə 539 milyon dollar təzminat ödəməlidir.
Lakin 2015-ci ilin Dekabr ayında Samsung artıq Apple şirkətinə 548 milyon
dollar dəyərində təzminat ödəmişdi. Onlardan 399 milyon dolları Kaliforniya məhkəməsi
tərəfindən təyin olunmuş patent pozuntuları üçün nəzərdə tutulurdu. Faktiki
olaraq bu ilin May ayında şirkət 140 milyon dollar ödəməli idi.

Qeyd etmək
lazımdır ki, bu mövzu ətrafında iki şirkət arasındakı mübahisə 2011-ci ildən bəri
gedirdi. Apple şirkəti Samsung-u Galaxy smartfonlarının istehsalı zamanı dizayn və
texnoloji özəllik patentlərinin pozulmasında günahlandırırdı. Təzminatın dəyəri
barəsindəki mübahisə nəticədə ABŞ-ın Ali Məhkəməsinə kimi gedib çatdı. Ali Məhkəmə
isə öz növbəsində qərar çıxartmışdı ki, Samsung şirkəti satdığı bütün
smartfonlardan əldə olunmuş gəlirin tam hissəsini ödəməli deyil. Belə ki, Samsung
bütün cihazı deyil, yalnız onun dizaynının ayrı-ayrı elementlərini kopyalayıb.
Apple və Samsung şirkətləri smartfon bazarında lider şirkətlərdir. 2017-ci ildə
Apple 215.8 milyon ədəd smartfon, Samsung isə 317.7 milyon ədəd smartfon
satmışdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
