
Apple ilin sonuna kimi yenilənmiş MacBook Pro-ları satışa çıxara bilər
Elm & Texnologiya
06.10.2023
Emil
Görünür, Apple şirkəti bu ilin sonuna kimi 14 və 16 düym ekranlı MacBook Pro-ların yenilənmiş versiyalarını satışa çıxartmağı planlaşdırır. Bu barədə məlumatı Digitimes saytı təqdim edib. Məlumatda qeyd edilib ki, sözügedən MacBook Pro modellərinin yenilənmiş versiyalarında ciddi dəyişiklikləri gözləmək lazım deyil. Belə ki, Apple yenilənmiş versiyalarda sadəcə olaraq ekranları təkmilləşdirmək niyyətindədir.
Məlumata əsasən noutbuklar həminki mini-LED ekranlarla təchiz olunacaqlar. Sadəcə olaraq ekranların parlaqlıq səviyyələri 10% daha yüksək olacaq. Bununla yanaşı ekranlar daha yüksək enerji effektivliyinə sahib olacaqlar. Bu cür minimal dəyişiklikləri nəzərə alsaq, çətin ki, şirkət noutbuklar üçün ayrıca təqdimat tədbiri keçirtsin. Çox güman ki, yenilənmmiş MacBook Pro-lar press-reliz şəklində təqdim olunacaq və ya heç bir anons olmadan eləcə satışa çıxarılacaq.
Paylaş
Bənzər xəbərlər