main-post-cover

    'Apple'ın CEO-su Tim Cook: 'Xarici dil əvəzinə proqramlaşdırma dilini öyrənmək daha yaxşıdır'

    Elm & Texnologiya
    13.10.2017
    Farid Pardashunas
     “Apple” CEO-su Tim Cook fransız tələbələrə proqramlaşdırma dillərini öyrənməyi məsləhət görüb.
    Çünki proqramlaşdırma dilləri onları tələb olunan mütəxəssislərə çevirir və onların ixtiraçılıq qabiliyyətlərini təkmilləşdirir. Fransaya səfəri zamanı Tim Cook, prezident Emmanuel Macron ilə görüşüb və müasir təhsil ilə bağlı fikirlərini videomüsahibə vasitəsilə çatdırıb.
    “Əgər mən fransız tələbə olsaydım və mənim 10 yaşım olsaydı, onda mən ingilis dilini öyrənmək əvəzinə proqramlaşdırma dilini seçərdim. Xeyr. Mən heç kimi ingilis dilini öyrənməməyə çağırmıram. Sadəcə proqramlaşdırma dili universaldır və onu dünyanın 7 milyard insanı başa düşə bilər. İxtiyarım olsaydı bu fənni bütün məktəblərdə məcburi fənn kimi edərdim. Bu nəinki kompüter mütəxəssisləri üçün lazımdır. Burda ilk növbədə kreativlikdir. Kod yazmaq bacarığı isə ikinci dərəcəli göstəricidir” – deyə Tim Cook bildirib.
    Cook həmçinin qeyd edib ki, proqramlaşdırma, istənilən fakultənin tələbəsini ixtiraçılıq qalibiyyətinə və qeyri-standart qərarların qəbul edilməsinə öyrəşdirir. Bu cür bəyanatlar verərək çox güman ki, Tim Cook öz maraqlarını güdür. “Apple” özünün Swift adlı proqramlaşdırma dilinə sahibdir. Təbii ki, şirkətə sərf edir ki, insanlar öz tətbiqlərini məhz bu proqramlaşdırma dili vasitəsilə yaratsınlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər