Apple investorları Vision Pro-dan razı qalıblar

Apple investorları Vision Pro-dan razı qalıblar

Texnologiya
09.06.2023 PAYLAŞIM

    Apple Vision Pro-nun təqdimatından öncə o, investorları o qədər də maraqlandırmırdı. Belə ki, investorların əksəriyyəti şirkətin süni zəka sahəsinə diqqət ayırmasını istəyirdi. Lakin təqdimatdan sonra investorlar öz fikirlərini dəyişiblər. Onlar Vision Pro-dan tamamilə razı qalıblar. Məsələn Wedbush adlı investisiya bankı şirkətin səhmlərinin hədəf qiymətini 15$ yüksəldib. Hal hazırda şirkət öz bazar dəyərini yüksəltməyə davam edir və ola bilsin ki, yaxın gələcəkdə 3 trilyon dollar bazar dəyərinə sahib ilk şirkət olsun.

    Vision Pro-nun yüksək satış qiymətinə sahib olmasına və gələn ilin əvvəlində ilkin mərhələ üzrə yalnız ABŞ bazarında satışa çıxacağına baxmayaraq investorlar düşünürlər ki, Apple bu bazarda inkişaf etmək üçün daha dərin planlara sahibdir. Onların fikirlərinə əsasən digər şirkətlərin dama oynadıqları bir vaxtda Apple şahmat oynamaqla məşğuldur. “Biz hələ də əminik ki, bu, Apple şirkətinin öz istifadəçi kütləsi üçün süni zəka əsaslı tətbiqlərə istiqamətlənmiş generativ ekosistemin yaradılması üzrə geniş strategiyasının ilk addımıdır” - deyə investorlar qeyd ediblər. Bununla belə analitiklər indiki mərhələdə Vision Pro-nu kütləvi şəkildə istifadə üçün nəzərdə tutulmuş bir məhsul hesab etmirlər. Bunun səbəblərindən biri isə onun olduqca yüksək satış qiymətinə sahib olmasıdır.




DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×