main-post-cover

    Apple iPad 10 və iPad Pro (2022) planşetləri təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    18.10.2022
    Farid Pardashunas
        Apple şirkəti iPad 10 iPad Pro (2022) planşet modellərini təqdim edib. İlk öncə 10-cu nəsil iPad-dən başlayaq. Daha öncə güman edildiyi kimi iPad 10 modeli tamamilə yeni dizaynda hazırlanıb və xarici görünüşcə aktual olan iPad Air modelini xatırladır. Bundan əlavə olaraq 10-cu nəsil iPad modelinin texniki özəllikləri də yenilənib. Bununla belə onun satış qiymətində də bir qədər artım olub. Beləliklə iPad 10 yastı gövdəyə sahibdir və onda fiziki Home düyməsi mövcud deyil. Planşet maksimal 500 nit parlaqlıq səviyyəsinə sahib 23601640 piksel keyfiyyətli 10.9 düym IPS ekran ilə təchiz olunub.
        Barmaq izi skanı texnologiyası olan Touch ID isə planşetin yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki göstəricilər baxımından iPad 10 modeli iPhone 12 smartfon seriyasında və 2020-ci il iPad Air modelində istifadə edilmiş A14 Bionic prosessoru, 64/256 GB daxili yaddaş həcmi, 12 MP-lik (f/1.8 diafraqma, 5 qat rəqəmsal zoom) arxa kamera, 12 MP-lik (f/2.4 diafraqma, 122 dərəcə bucaq əhatəsi, elektron stabilizasiya, kinematoqrafik stabilizasiya) ön kamera və 28.6 vatt saat həcmli batareya ilə təchiz olunub.
        Məlumatdta qeyd edilib ki, sözügedən batareya vasitəsilə iPad 10 modeli 10 saat ərzində video izləmə rejimində və ya internetdən istifadə rejimində çalışa bilər. iPad 10-nun daha bir fərqləndirici özəlliyi ondan ibartədir ki, o, Lightning girişi əvəzinə USB Type-C girişi ilə təchiz olunub. Planşetin gövdəsi özündə həmçinin stereo səsgücləndiriciləri də birləşdirir. Planşet iPadOS 16.1 əməliyyat sistemi vasitəsilə çalışır. iPad 10 planşeti 26 oktyabr tarixində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq:
    - 64 GB yaddaş + Wi-Fi - 449$
    - 64 GB yaddaş + Wi-Fi + 5G - 599$
    - 256 GB yaddaş + Wi-Fi - 599$
    - 256 GB yaddaş + Wi-Fi + 5G - 749$.
        Indi isə gələk iPad Pro (2022) modelinə. Tamamilə yenilənmiş iPad 10-dən fərqli olaraq iPad Pro (2022) modelində yeniliklər çox azdır. Əsas yenilik ondan ibarətdir ki, iPad Pro (2022) modeli Apple M2 prosessoruna keçid edib. Sözügedən prosessor bu il ilk dəfə olaraq Apple noutbuklarında istifadəyə verilmişdi. Yeni iPad Pro iki variantda təqdim olunub və onlar öz aralarında ekran ölçüsü və batareya həcmi ilə fərqlənirlər. Digər bütün özəlliklər baxımından hər iki variant eynidir. Beləliklə variantlardan biri 120 Hz-lik təsvir yenilənməsinə və 600 nit parlaqlıq səviyyəsinə sahib 2388x1688 piksel keyfiyyətli 11 düym LED ekranla, digər variant isə 120 Hz-lik təsvir yenilənməsinə və 1600 nit parlaqlıq səviyyəsinə sahib 2732x2048 piksel keyfiyyətli 12.9 düym mini-LED ekranla təchiz olunub.
        Planşetlər özlərində Face ID texnologiyasını, Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri, Apple Pencil 2 stilusunun dəstəyini və USB Type-C girişini birləşdirirlər. Əsas texniki göstəricilər baxımından iPad Pro (2022) Apple M2 prosessoru, 128/256/512 GB1/2 TB daxili yaddaş həcmi, 12 MP (f/1.8 diafraqma, avtofokus, Smart HDR) + 10 MP (f/2.4 diafraqma, 125 dərəcə bucaq əhatəsi) + LiDAR ikili arxa kamera və 12 MP-lik (f/2.4 diafraqma, 122 dərəcə bucaq əhatəsi, Smart HDR 3, elektron stabilizasiya, kinematoqrafik stabilizasiya) ön kamera ilə təchiz olunub.
        11 düym ekrana sahib model 28.65 vatt saat batareya həcmi, 12.9 düym ekrana sahib model isə 40.88 vatt saat batareya həcmi ilə təchiz olunub. Onu da qeyd etmək lazımdır ki, 128/256/512 GB yaddaş həcminə sahib iPad Pro (2022)-də 8 GB-lıq RAM, 1/2 TB daxili yaddaş həcminə sahib iPad Pro (2022)-də isə 16 GB-lıq RAM quraşdırılıb. iPad Pro (2022) də iPad 10 kimi iPadOS 16.1 əməliyyat sistemi vasitəsilə çalışır. Planşet 26 oktyabr tarixində satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 128 GB yaddaşa və Wi-Fi-ya sahib 11 düym-lük iPad Pro (2022) - 799$
    - 128 GB yaddaşa, Wi-Fi-ya və 5G-yə sahib 11 düym-lük iPad Pro (2022) - 999$
    - 256 GB yaddaşa və Wi-Fi-ya sahib 11 düym-lük iPad Pro (2022) - 899$
    - 256 GB yaddaşa, Wi-Fi-ya və 5G-yə sahib 11 düym-lük iPad Pro (2022) - 1099$
    - 512 GB yaddaşa və Wi-Fi-ya sahib 11 düym-lük iPad Pro (2022) - 1099$
    - 512 GB yaddaşa, Wi-Fi-ya və 5G-yə sahib 11 düym-lük iPad Pro (2022) - 1299$
    - 1 TB yaddaşa və Wi-Fi-ya sahib 11 düym-lük iPad Pro (2022) - 1499$
    - 1 TB yaddaşa, Wi-Fi-ya və 5G-yə sahib 11 düym-lük iPad Pro (2022) - 1699$
    - 2 TB yaddaşa və Wi-Fi-ya sahib 11 düym-lük iPad Pro (2022) - 1899$
    - 2 TB yaddaşa, Wi-Fi-ya və 5G-yə sahib 11 düym-lük iPad Pro (2022) - 2099$
    - 128 GB yaddaşa və Wi-Fi-ya sahib 12.9 düym-lük iPad Pro (2022) - 1099$
    - 128 GB yaddaşa, Wi-Fi-ya və 5G-yə sahib 12.9 düym-lük iPad Pro (2022) - 1299$
    - 256 GB yaddaşa və Wi-Fi-ya sahib 12.9 düym-lük iPad Pro (2022) - 1199$
    - 256 GB yaddaşa, Wi-Fi-ya və 5G-yə sahib 12.9 düym-lük iPad Pro (2022) - 1399$
    - 512 GB yaddaşa və Wi-Fi-ya sahib 12.9 düym-lük iPad Pro (2022) - 1399$
    - 512 GB yaddaşa, Wi-Fi-ya və 5G-yə sahib 12.9 düym-lük iPad Pro (2022) - 1599$
    - 1 TB yaddaşa və Wi-Fi-ya sahib 12.9 düym-lük iPad Pro (2022) - 1799$
    - 1 TB yaddaşa, Wi-Fi-ya və 5G-yə sahib 12.9 düym-lük iPad Pro (2022) - 1999$
    - 2 TB yaddaşa və Wi-Fi-ya sahib 12.9 düym-lük iPad Pro (2022) - 2199$
    - 2 TB yaddaşa, Wi-Fi-ya və 5G-yə sahib 12.9 düym-lük iPad Pro (2022) - 2399$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər