
Apple iPhone 14 ilə yanaşı büdcəli Apple Pencil stilusunu da təqdim etməyi planlaşdırırmış
Elm & Texnologiya
24.11.2022
Emil
Verilmiş məlumata əsasən Apple şirkəti bu il büdcəli Apple Pencil stilusunu satışa çıxartmağı planlaşdırırdı. Büdcəli Apple Pencil modeli Marker kod adına sahib idi. Məlumatda qeyd edilib ki, onda təzyiq sensoru ilə batareya mövcud deyil idi. Batareya əvəzinə stilusa xüsusi çipin yerləşdirilməsi nəzərdə tutulmuşdu. Həmin çip stilusun ekrandan enerji almasına imkan yaradacaqdı. Samsung şirkətinin S Pen adlı stilusu məhz bu prinsip əsasında çalışır. Məlumata əsasən Apple büdcəli Pencil stilusunun dəstəyini iPad planşetlərinə və iPhone smartfonlarına əlavə etməyi planlaşdırırdı. Stilus sentyabr ayında iPhone 14 smartfon seriyası ilə birlikdə təqdim olunmalı idi. Lakin şirkət son anda bu cihazı ləğv etdi. Məlumata əsasən şirkət hətta 1 milyon ədəd büdcəli Apple Pencil istehsal etmişdi. Onun 50$ qiymətinə satılacağı düşünülürdü.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Gələcək indiki zamana təsir göstərə bilər
