Logo
    main-post-cover

    Apple iPhone 15 ilə birlikdə USB Type-C dəstəkli AirPods-u təqdim edə bilər

    Elm & Texnologiya
    30.08.2023
    Emil
        Apple artıq növbə5ti təqdimat tədbirinin keçiriləcəyi tarixi açıqlayıb. Tədbir 12 sentyabr tarixində baş tutacaq. Həmin tarixdə baş tutacaq təqdimat tədbirində şirkət iPhone 15 smartfon seriyasını, Apple Watch Series 9Watch Ultra 2 smart saatlarını təqdim edəcək. Lakin bunlardan əlavə olaraq Apple daha bir yeni məhsulunu da təqdim edə bilər. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən 12 sentyabr tarixində Apple üstəlik yeni AirPods qulaqlığını da təqdim edə bilər. İnsayder bildirib ki, təqdim ediləcəyi ehtimal olunan yeni AirPods modelinin əsas fərqləndirici özəlliyi onun keysinin USB Type-C girişinə sahib olacağındadır. Yeni AirPods modelinin təqdim olunacağı halda bunun adi AirPods və ya AirPods Pro olacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər