
"Apple", iPhone 6s batareyalarını yoxlamaq üçün xüsusi sayt istifadəyə verdi
Elm & Texnologiya
07.05.2017
Farid
iPhone 6s-də bir nasazlıq aşkar edilib. Belə ki, smartfonun batareyasında olan nasazlıqdan cihaz öz-özünə sönür.
"Apple” sözügedən nasazlığın
olduğunu təsdiq edib və istifadəçilərin bu model smartfonlarını yoxlamaları üçün
xüsusi sayt istifadəyə verilib. Şirkət bildirib ki, problem yalnız 2015-ci ilin
Snetyabr-Oktyabr aylarında istehsal olunmuş smartfonların batareyalarında aşkar
edilib. Lakin buna baxmayaraq "Apple” rəsmi saytında smartfonun nə zaman
istehsal olunduğunu öyrənmək qeyri-mümkündür. Qeyd etmək lazımdır ki,
batareyada olan bu nasazlıq istifadəçilər üçün heç bir təhlükə daşımır. Həmin
nasazlıqdan smartfonun batareyası nə yamanyacaq nədə ki, smartfondakı məlumatlar
itməyəcək.
Sözügedən saytda yalnız cihazın seriya
nömrəsini yazmaq lazımdır. Cihazın seriya nömrəsini öyrənmək üçün isə Settings
-> General -> About Phone bölməsinə daxil olmaq lazımdır. Saytda cihazın
seriya nömrəsini yazdıqdan sonra Submit düyməsinə klikləyərək smartfonunuzun
batareyasının pulsuz dəyişdirilməsi proqramına daxil olub-olmadığını öyrənəcəksiniz.
Əgər smartfonunuz bu proqrama daxil deyilsə deməli smartfonunuzun heç bir
problemi yoxdur. Batareyaları isə istənilən rəsmi "Apple” mərkəzində dəyişmək
mümkündür. Sözügedən sayta bu linkdən daxil ola bilərsiniz.
Paylaş
Bənzər xəbərlər