Logo
    main-post-cover

    Apple, iPhone 6s və 6s Plus-da olan batareya problemini həll etdi.

    Son zamanlar müxtəlif regionlarda iPhone 6siPhone 6s Plus-ların batareya göstəricisi problemi Apple tərəfindən araşdırmaya alındı.
    Ötən günlərdə iOS 9.3-ün donma problemini həll edən Apple, bu dəfə amiral gəmisi olan telefonları iPhone 6siPhone 6s Plus-dakı batareya problemini böyük ölçüdə həll etdi. Hətta bununla bağlı saytlarında rəsmi dəstək səhifəsi açdı.
    Bir müddət əvvəl xeyli iPhone istifadəçiləri, manual olaraq saat dəyişimi həyata keçirdiklərində yada səyahət etdikdən sonra telefonun saat qurşağını dəyişdirəndə cihazın batareya göstəricisi düzgün işləmirdi. Bununla bağlı araşdırma edən Apple istifadəçilərinə aşağıdakı əməliyyatları ardıcıllıqla etməyi məsləhət görür:
    - iPhone-u reset edin.
    - Settings > genereal > date and time bölməsində "Automatic time zone" özəlliyinin açıq olduğundan əmin olun.
    Əgər problem yenidən yaşanarsa Apple-ın dəstək bölməsi ilə əlaqə yaradın.
    Paylaş
    Bənzər xəbərlər