drzeka zeka kartları

'Apple', iPhone 8-in təqdimat tarixini rəsmi şəkildə elan etdi

01.09.2017 0 PAYLAŞIM 1151 OXUNMA

“Apple”, nəhayət ki, özünün yeni məhsullarını təqdim edəcəyi tədbirin keçirilmə tarixini açıqladı.

Təbii ki, diqqət mərkəzində həmişəki kimi yeni model iPhone cihazları olacaq. Bu tədbiri, “Apple” pərəstişkarları daha çox gözləyirlər. Belə ki, bu il iPhone-nun tam 10 yaşı tamam olur və insanlar şirkətdən əsl sürpriz gözləyirlər. Gözlənildiyi kimi tədbir, 12 Sentyabr tarixində keçiriləcək. Bu ilk tədbir olacaq hansını ki, şirkət öz yeni Apple Park adlı kampusunda keçirdəcək. Təqdimatın özü isə kampusun daxilində yerləşən Steve Jobs adına teatrda keçiriləcək. Güman olunur ki, şirkət bu təqdimat çərçivəsində iPhone 7S, iPhone 7S Plus modellərini, yeni nəsil Apple TV ilə Apple Watch smart saatlarını və təbii ki, iPhone 8-i təqdim edəcək.