
"Apple", iPhone-nun Wi-Fi vasitəsilə enerji yığması texnologiyasını hazırlayır
Elm & Texnologiya
07.05.2017
Farid
"Apple” mobil cihazların yeni enerji yığma texnologiyalarını təcrübədən keçirdir.
Belə ki, şirkət, iPhone cihazlarının Wi-Fi vasitəsilə enerji
yığma texnologiyasının patentini qeydiyyatdan keçirdib. Patentə əsasən mobil
cihazın enerji yığma prosesi, 700-2700 MHz tezlikli mobil rabitə və 2.4 ilə 5 GHz
tezlikli Wi-Fi şəbəkələri də daxil olmaqla istənilən naqilsiz əlaqə üsulu vasitəsilə
həyata keçirilir. Bu texnologiya cihazların naqilsiz enerji yığma üsulunda yeni
imkanlar yaradır. "Apple”ın ixtirası digər naqilsiz enerji yığma
texnologiyalarından onunla fərqlənir ki, yeni texnologiya özündə həm əlaqəni,
həmdə enerji ötürülməsini birləşdirir. Sözügedən yeni texnologiyanın yeni nəsil
iPhone modelində təqdim olunması gözlənilir. Lakin təqdim olunacaq
texnologiyanın patentdə olduğu kimi reallaşdırılacağı ehtimalı da çox aşağıdır.
Paylaş
Bənzər xəbərlər