
"Apple", iPhone oğrularına qarşı savaş açdı!
Elm & Texnologiya
07.05.2017
Farid
"Apple”, oğruların qorxulu yuxusu halına gələcək patent
üzərində işlərə başlayıb. "Apple”ın, iCloud açar zənciri, iPhone-mu tap və s.
kimi tətbiqlər telefonun olduğu yer haqda daha tez məlumat almağa imkan
yaradırdı. Amma iPhone-mu tap tətbiqinin istifadəsi zamanı telefonun yararsız
hala düşməsi də çox rast gəlinən hallar arasında idi.
İndi isə "Apple”, mövzu ilə əlaqəli daha əlverişli metodlar üzərində
işlər aparır.
Daha əvvəllər Android platformasında istifadə olunurdu!
"Apple”ın, öncəki versiyalarında
səhv şifrə daxil edildikdə ön kamera açılaraq, şəkil çəkmə funksiyası aktivləşirdi.
İndi isə ediləcək yeniliklə, video çəkiminə başlanılacaq. Eyni zamanda müdaxilə olunan ərazinin koordinatları, saat və məkandakı səslər qeyd olunaraq "Apple”a yönləndiriləcək.
Mövzu ilə əlaqəli detallar təhlükəsizlik səbəbiylə
tam olaraq açıqlanmır. Oğrunun kliklədiyi hər düymə qeyd olunacaq. Ancaq edilən yenilikdə istifadəçinin özünün kliklədiyi düymələrin
də öz yaddaşında saxlayacağı məlumat bazası olacağı deyilir.
Paylaş
Bənzər xəbərlər