main-post-cover

    Apple iPhone SE 2'nin şəkilləri ortaya çıxdı

    Elm & Texnologiya
    17.03.2018
    Nijat Hamid
    Bildiyimiz kimi Apple iPhone SE modeli ilə birliktə kiçik ekranlı və kompakt dizayna malik bir telefon istehsal etdi. Bu model uğurlu olunca, şirkət iPhone SE modelinin 2-cisi olan iPhone SE 2 modeli üçün hazırlıqlara başladı. Bu modellər normal iPhone-lara görə nisbətən daha ucuz və kiçik olduğu üçün bir çox istifadəçi tərəfindən xeyli sevildi. Apple konfransı yaxınlaşdıqca yeni sızıntı məlumatlar və şəkillər ortaya çıxmağa başladı. 
    iPhone SE 2 modelinin dizaynı internətə sızan şəkillərə əsasən iPhone X-ə oxşayacağı deyilir.    
    iPhone SE 2-nin ilk SE modelindən ciddi şəkildə fərqlənəcəyi artıq hərkəsə məlum məsələdi. Yeni çıxan şəkillərə əsasən görünür ki, cihaz iPhone X modelinə bənzəyəcək və çərtikli ekran ilə istehsal olunacaq. Bu da o mənaya gəlir ki, iPhone SE 2 modelində də FaceİD dəstəyi olacaq.
     
    Şəkillərdə göründüyü kimi iPhone SE 2 modeli  SE modelindən fərqlənəcək. Sağdakı şəkildə TouchİD-nin olmaması telefonun FaceİD dəstəyi ilə gələcəyinə bir işarə ola bilər. Qeyd etmək lazımdır ki, ilk SE modeli bütcə dostu bir telefon olaraq satışa çıxmışdı. iPhone SE 2 modelinin də bütcə dostu bir model olacağını nəzərə alsaq, X modelindəki TrueDepth OLED ekran kimi bir sıra texnologiyalar bu modeldə olmayacaq. Qeyd edək ki, Apple 27 martda bir konfrans təşkil edəcək və düşünülür ki, bu konfransda yeni iMac modelləri təqdim olsun. Bəlkə də yeni iPhone modeli elə bu konfransda təqdim ediləcək. Biz sadəcə gözləməyə davam edək...    
    Yeni çıxacaq iPhone SE 2 modeli bütcənizə uyğun olarsa almağı düşünəcəksinizmi ?
    Linki kopyala