main-post-cover

    'Apple', iPhone X-in istehsalını 2 dəfə azaldır

    Elm & Texnologiya
    29.01.2018
    Farid Pardashunas
    “Apple” şirkəti məyusedici satışlar səbəbindən 1-ci rübdə iPhone X modelinin istehsalını 2 dəfə azaldır.
        Bu barədə Nikkei saytı xəbər verib. Məlumata əsasən “Apple”, smartfonu istehsal edən şirkətlərə 40 milyon cihaz əvəzinə 20 milyon cihazın istehsal ediılməsi təlimatını verib. Belə ki, şirkət bayram günlərində ABŞ, Avropa və Çin kimi vacib bazarlarda smartfonun aşağı satış göstəricilərindən məyus olub. Buna baxmayaraq şirkət iPhone 7, iPhone 8iPhone 8 Plus modellərinin istehsalını azaltmayıb. Onlar həmişəki kimi 30 milyon cihaz şəklində istehsal olunurlar.
        iPhone X istehsalının aşağı salınması isə öz növbəsində smartfon komponentlərini istehsal edən şirkətlərə milyardlarla dollara başa gələcək. Sözügedən smartfona tələbatın az olması onun yüksək qiymət göstəricisi ilə əlaqələndirilir. Belə ki, smartfona 1000$-a yaxın vəsaiti ödəmək çox adamın cibinə görə uyğun deyil. Smartfonun bu cür qiymət göstəricisi bahalı OLED ekranlardan istifadə ilə əlaqəlidir. Şayiələrə əsasən şirkət əksinə LCD ekran vasitəsilə smartfonun satışlarını yüksəltməyi planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər