main-post-cover

    'Apple', istifadəçi üzünün 3D sksanı texnologiyasını patentləşdirdi

    Elm & Texnologiya
    08.07.2017
    Farid Pardashunas

    “Apple” mütəxəssisləri hal hazırda iPhone 8-in əsas funksiyalarından birini test etməklə məşğuldurlar.

    Söhbət, üzün 3D skanı funksiyasından gedir. Məlumata əsasən bu yeni texnologiya, ənənəvi Touch ID özəlliyini əvəz edəcək. “Apple” şirkətinin bir neçə müddət bundan öncə patent sorğusu, yeni texnologiyanın bu şirkət tərəfindən istehsal edilən kompüterlərdə də çalışacağını təsdiqləyib. Patentin təsvirindən belə qənaətə gəlmək olar ki, ötürücülər tam olaraq insan üzünü aşkar etmədikcə bu sistem aşağı gücdə çalışır. Lakin ötürücülər, istifadəçinin üzünü tam şəkildə aşkar etdikdən sonra üzün 3D skan prosesi işə düşür. Bu texnologiyanın bir neçə işlədilməsi üsulu var. Məsələn bu texnologiya, istifadəçinin öz smartfonundan nə dərəcədə uzaq olduğunu anlayaraq smartfondakı enerji tutumuna qənaət etmək üçün onu söndürə bilər. Məlumata əsasən hal hazırda bu texnologiya, Sentyabr-da təqdimatı olacaq iPhone 8 modelində test olunur. Güman olunur ki, smartfon, 3D kamera ötürücüsünə sahib olacaq. Onun vasitəsilə istifadəçi, online ödənişləri yerinə yetirə, təhlüksəiz şəkildə tətbiqlərə daxil ola və digər özəlliklərdən istifadə edə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər