
"Apple" istifadəçiləri şirkəti məhkəməyə veriblər
Elm & Texnologiya
07.05.2017
Farid
Köhnə iPhone-nu verib yeni iPhone 7 almaq istəyən Apple istifadəçilərinin arzuları ürəyində qalıb!
Keçən il "Apple"ın iPhone Yeniləmə Proqramına (iPhone Upgrade Program) qatılanlar yeni iPhone 7 və iPhone 7 Plus modellərini əldə etmək üçün
hazırlıqlar görürdülər. Amma 9 sentyabrda yeni cihazların əvvəlcədən sifariş
günü gəldiyində bu istifadəçilər sözü gedən proqramdan yararlana bilmədiklərini
bildiriblər. Recode-də yer alan məlumata görə, bəzi istifadəçilər bu vəziyyət
qarşısında çıxılmaz qalaraq, "Apple" şirkətini məhkəməyə veriblər. Verilən məlumata
görə, firma sözügedən proqrama yeni daxil olan istifadəçilər üçün limitsiz
stok təklif edərkən, əvvəlki istifadəçilərə "yenidən təkrarlayın” kimi mesajlar
gəlir. Bu vəziyyətin əsas səbəbi isə proqramın istifadəçilərinin fiziki
mağazadan alışı həyata keçirmələrinə məcbur edilməsidir. Mağazalardakı sistem bir
qədər fərqli işləyir. Belə ki, həmin əsnada stokdakı cihaz bitibsə, istifadəçilərə
bəlli tarix üçün rezervasiya verilməsi yerinə daha sonra gəlib təkrar müraciət
etməsi istənilir.
Paylaş
Bənzər xəbərlər