Apple M analoqu?: Samsung smartfonlar və noutbuklar üçün nəzərdə tutulmuş yeni növ prosessor hazırlayır

Apple M analoqu?: Samsung smartfonlar və noutbuklar üçün nəzərdə tutulmuş yeni növ prosessor hazırlayır

Texnologiya
07.03.2023 PAYLAŞIM

    Samsung artıq özünün Exynos adlı prosessor seriyasına sahibdir. Fevral ayının əvvəlində təqdim edilmiş Galaxy S23 smartfon seryiasına daxil olan bütün modellərin Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunmalarına baxmayaraq şirkət hələ də Exynos prosessor seriyasını inkişaf etdirir. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Samsung yeni növ prosessorların hazırlanmasına start verib. Gözləntilərə əsasən yeni növ prosessorlar smartfonlar və noutbuklar üçün nəzərdə tutulacaq. Məlumatda qeyd edilib ki, Samsung işlək adı Galaxy Chip olan prosessorun nüvəsini hazırlayacaq komandaya artıq sahibdir.

    Galaxy Chip-in Exynos-dan əsas fərqi ondan ibarət olacaq ki, yeni prosessorda hazır ARM nüvələri əvəzinə tamamilə sıfırdan yığılmış nüvələr istifadə ediləcək. Bundan əlavə olaraq məlumata əsasən Samsung-un Galaxy Chip layihəsinə AMD şirkətinin keçmiş nüfuzlu əməkdaşı rəhbərlik edir. İnsayderlər bildiriblər ki, Samsung-un öz fərdi nüvələri üzərində çalışmasına baxmayaraq Galaxy Chip-in ilk versiyaları ARM arxitekturası əsasında hazırlanacaqlar. Gözləntilərə əsasən bu cür hibrid prosessor 2025-ci ildə təqdim ediləcək. 2027-ci ildə isə şirkət tamamilə fərdi nüvələrdən ibarət Galaxy Chip-i təqdim edəcək. Galaxy Chip-i əldə edəcək ilk cihazlar barəsində məlumat yoxdur. Lakin gözləntilərə əsasən o, şirkətin smartfonlarında və noutbuklarında istifadə ediləcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×