main-post-cover

    Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i geridə qoyub

    Elm & Texnologiya
    21.10.2021
    Farid Pardashunas
        Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik çipi GFXBench bençmark saytında test edib. Test çərçivəsində əldə edilmiş nəticələr daha sonra Nvidia ilə AMD şirkətlərinin güclü videokartlarının test nəticələri ilə müqayisə edilib. Məlum olub ki, M1 Max-ın qrafik çipi sadalanmış şirkətlərin videokartları ilə eyni səviyyədə performans gücü sərgiləyir və bəzi hallarda hətta onları üstələyir. Nəticələrə əsaəsn M1 Max-ın qrafik çipi bəzi testlərdə Nvidia GeForce RTX 2080 Super RTX 3080 ilə Radeon RX 6800-un mobil versiyalarını geridə qoyub.
        Qeyd etmək lazımdır ki, testlər M1 Max-a uyğunlaşdırılmış API Metal ilə birlikdə keçirilib. Halbu ki, digər şirkətlərin videokartlarının testləri OpenGL ilə birlikdə keçirilib. Buna baxmayaraq Reddit istifadəçisinin sözlərinə əsasən bu test nəticələri Apple prosessorunun qrafik çipinin yüksək potensialından xəbər verirlər. Apple şirkətinin yeni prosessorunun daha bir üstünlüyü ondan ibarətdir ki, o, daha aşağı enerji sərfiyyatına sahibdir. 16.2 düym ekrana sahib MacBook Pro (2021) noutbukunun şarj cihazının gücü 140 vatt təşkil edir. Lakin Nvidia GeForce RTX 2080 Super-in təkcə özü 250 vatt-a kimi enerji sərfiyyatına sahibdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər