Reklam
Apple M2 prosessorunun ilk test nəticələri ortaya çıxıb

Apple M2 prosessorunun ilk test nəticələri ortaya çıxıb

Texnologiya
16.06.2022 PAYLAŞIM

    Məşhur Geekbench bençmark saytının məlumatlar bazasında Apple şirkətinin yeni M2 prosessoruna sahib MacBook Pro 2022 modelinin ilk test nəticələri ortaya çıxıb. Ortaya çıxmış test nəticələrinə əsasən söyləmək olar ki, M2-nin təqdimatı zamanı Apple onun performansı barəsində heç də yalan məlumat verməyib. Belə ki, M2 prosessoru əvvəlki M1 modelini performans baxımından bir xeyli geridə qoya bilib. MacBook Pro 2022 modelinin test protokoluna əsasən yeni M2 prosessoru bir nüvəli yüklənmə zamanı M1-dən fərqli olaraq 11.5% daha sürətlidir. Çox nüvəli yüklənmə çərçivəsində isə yeni prosessorun performansı 19% yüksəlib.


    Bu göstəricilər Apple şirkətinin, yeni prosessorun ortalama 18% daha sürətlə çalışdığı bəyanatını təsdiqləyirlər. Bundan əlavə olaraq təqdimat zamanı şirkət qeyd etmişdi ki, prosessorun GPU tərəfinin performansında 35%-lik yüksəliş var. Aparılmış real testlər çərçivəsində prosessorun GPU-su 50%-lik performans yüksəlişi sərgiləyib. Qeyd etmək lazımdır ki, M2 prosessoru yeni MacBook Pro 2022 modelindən əlavə olaraq MacBook Air 2022-də də istifadə edilir. Bununla belə MacBook Air modelində sözügedən prosessorun performans göstəriciləri noutbukun passiv soyutma sisteminə sahib olması səbəbilə fərqlənə bilərlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×