
Apple M2 Ultra prosessoru Geekbench testlərindən birində Intel və AMD prosessorlarından geridə qalıb
Elm & Texnologiya
12.06.2023
Emil
Keçən həftə Apple şirkəti M2 Ultra prosessorunu təqdim etmişdi. İndi isə sözügedən prosessor Geekbench testlərindən keçib. Qeyd etmək lazımdır ki, M2 Ultra Apple şirkətinin ən güclü prosessorudur. Şirkət isə onu dünyanın ən güclü kompüter prosessoru adlandırır. Şirkətin bu cür fikrə sahib olmasına baxmayaraq M2 Ultra Geekbench-in bir nüvəli testi çərçivəsində Intel ilə AMD-nin iki prosessorundan geridə qalıb.
Belə ki, M2 Ultra Geekbench-in bir nüvəli testi çərçivəsində 1956 xal toplayıb. Intel Core i9-13900K prosessoru eyni test çərçivəsində 2322 xal, AMD Ryzen 9 7950X prosessoru isə 2290 xal toplayıb. Geekbench-in çox nüvəli testi çərçivəsində M2 Ultra adları sadalanmış prosessorları geridə qoymağı bacarıb. Belə ki, Geekbench-in çox nüvəli testi çərçivəsində M2 Ultra 27 945 xal toplayaraq Intel prosessorundan 2%, AMD prosessorundan isə 12.7% daha güclü olub.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
