main-post-cover

    Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    06.06.2023
    Farid Pardashunas
        WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüteri olub. Qeyd etmək lazımdır ki, Mac Pro Apple şirkətinin M prosessorlarına keçid etməyən yeganə kompüter məhsulu idi və indiyənə kimi Intel prosessorları ilə təchiz olunurdu. Yenilənmiş Mac Pro-nun əsas fərqləndirici özəlliyi isə onun Apple şirkətinin ən güclü M2 Ultra prosessoru vasitəsilə çalışmasıdır. Bununla yanaşı yenilənmiş Mac Pro Apple şirkətinin 6 ədəd PCIe Gen4 x16 girişini əldə etmiş ilk kompüteri oldu.
        Həmin girişlərə şəbəkə təchizatlarını, əlavə daxili yaddaş həcmlərini və videokartlarını yerləşdirmək olar. Çox güman ki, yenilənmiş Mac Pro NVIDIA AMD kimi kənar videokartları dəstəkləməyəcək. Onu da qeyd etmək lazımdır ki, yeni Mac Pro 192 GB-a kimi RAM yaddaşını dəstəkləyir və eyni anda 6 ədəd Pro Display XDR monitoru ilə çalışa bilir. Yenilənmiş Mac Pro 8 ədəd Thunderbolt 4, 2 ədəd USB 3.2 Type-A, 2 ədəd HDMI, 2 ədəd şəbəkə girişləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş ilə təchiz olunub.Yenilənmiş Mac Pro 13 iyun tarixində satışa çıxacaq və 7000$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər