
Apple M3 prosessorları barəsində yeni məlumatlar təqdim edilib
Elm & Texnologiya
08.08.2023
Emil
Bloomberg saytının məşhur analitiki Mark Gurman Apple şirkətinin M3 prosessoru vasitəsilə çalışacaq yeni Mac kompüterləri barəsində məlumatlar verib. İnsayder bildirib ki, Apple M3 prosessorunu bu ilin sonuna kimi, M3 Pro və M3 Max prosessorlarını isə 2024-cü ildə təqdim edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, Apple 8 CPU nüvəsinə, 10 GPU nüvəsinə və 24 GB RAM-a sahib M3 prosessoru əsasında hansısa cihazını artıq test edir. Söhbət, yeni Mac mini modelindən gedə bilər. Gurman bildirib ki, şirkət M3 prosessorlarına sahib aşağıdakı cihazları da test edir.
- 14 və 16 düym ekranlı MacBook Pro (M3 Pro və M3 Max)
- 13 düym ekranlı MacBook Air (M3)
- 15 düym ekranlı MacBook Air (M3)
- 13 düym ekranlı MacBook Pro (M3)
- iMac (M3).
Apple şirkətinin hər üç M3 prosessoru 3 nanometrlik texnoloji proses əsasında hazırlanmalıdır. Gurman bu yeni prosessorların bəzi özəlliklərini də təqdim edib.
- M3: 8 CPU nüvəsi (4 performanslı nüvə + 4 enerji effektivliyi nüvəsi) və 10 GPU nüvəsi
- M3 Pro: 12 CPU nüvəsi (8 performanslı nüvə + 4 enerji effektivliyi nüvəsi) və 18 GPU nüvəsi
- M3 Max: 14 CPU nüvəsi və 40 GPU nüvəsi.
Paylaş
Bənzər xəbərlər