Logo
    main-post-cover

    Apple M3 prosessoruna sahib olacaq yeni MacBook Air modellərini hazırlamağa başlayıb

        Keçən həftə Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində M2 prosessoruna sahib 15.3 düym ekranlı yeni MacBook Air noutbukunu təqdim etmişdi. Verilmiş yeni məlumata əsasən isə şirkət artıq M3 prosessoruna sahib olacaq MacBook Air modeli üzərində çalışır. Bu məlumatı Bloomberg saytının məşhur insayderi Mark Gurman təqdim edib.
        Onun sözlərinə əsasən Apple artıq 13 düym 15 düym ekranlara sahib olacaq M3 prosessorlu MacBook Air modellərinin hazırlanmasına start verib. Lakin onları 2024-cü ildən tez gözləmək lazım deyil. Gözləntilərə əsasən M3-ün tərkibində olacaq CPUGPU nüvələrinin sayı M2-dəki CPU və GPU nüvələrinin sayı ilə eyni olacaq. Lakin əsas fərq ondan ibarət olacaq ki, M3 prosessoru TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq. Bu isə öz növbəsində M3-ün daha performanslı və daha enerji effektivli olacağına imkan verəcək.
    Paylaş
    Bənzər xəbərlər