Logo
    main-post-cover

    "Apple" məşhur cihazının dəstəyini dayandırır

    "Apple” iPhone 4-ü 6 il bundan öncə təqdim etmişdir. Bu cihaz şirkət üçün xüsusi yer tutur. Təəccüblü olsa da iPhone 4-dən hələdə istifadə edən insanlar var.

    Buna baxmayaraq texnologiyalar hər il yenilənir. Beləliklə bu və ya digər cihazı dəstəkləmək artıq şirkətlərə sərf etmir. Nəticədə köhnəlmiş cihazların təmir servis dəstəyi və onlar üçün hazırlanan detalların istehsalı dayandırılır. Artıq bir neçə gündən sonra "Apple” iPhone 7-ni təqdim edəcək. Bir həftədən sonra isə iPhone 4 şirkətin köhnəlmiş cihazlar siyahısına əlavə ediləcək və şirkət tərəfindən dəstəyi dayandırılacaq. "Technote.az”ın "Phonearena.com”a istinadən verdiyi xəbərə əsasən 13 Sentyabr tarixində iPhone 4 "köhnəlmiş cihaz” statusunu alacaq. Bu isə o deməkdir ki, "Apple” və ona aid olan rəsmi təmir servisləri artıq cihazın təmiri ilə məşqul ola bilməyəcəklər. Bu baxımdan yalnız Kaliforniya istisnadır. Belə ki, orada şirkət qanunvericiliyə əsasən hələ 2 il ərzində öz xidmətlərini göstərməlidir. Dünyanın digər ölkələrində isə iPhone 4 "Apple” əfsanəsinə çevriləcək. Bu siyahıya həmçinin 20 inç ekranlı iMac, Mac mini, Mac mini Server, iPod Shuffle 2, iPod Classic, iPod Touch 2,iPod Nano 413 inç ekranlı MacBook daxil olacaq.
    Paylaş
    Bənzər xəbərlər