
Apple micro-LED ekranı ilk əvvəl növbəti Apple Watch Ultra-ya inteqrasiya edəcək
Elm & Texnologiya
03.10.2023
Emil
İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Apple şirkəti micro-LED ekranlı Apple Watch smart saatını 2025-ci ildə təqdim edəcək. Sözügedən ekran ilk əvvəl növbəti Apple Watch Ultra modelinə inteqrasiya ediləcək. Nəzəri cəhətdən micro-LED matrisası növbəti Apple Watch Ultra-nın ekranını daha da parlaq edəcək və smart saatın bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışmasını təmin edəcək. İnsayderlər həmçinin bildiriblər ki, Apple gələcəkdə özünün Vision Pro adlı qarışıq reallıq cihazında da micro-LED ekranları reallaşdıracaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
