Logo
    main-post-cover

    Apple Music xidməti payız aylarında Android-ə gəlir

    Apple-ın 30 iyundan bəri istifadədə olan Spotify bənzəri musiqi xidməti Apple Music-dən artıq Android istifadəçiləri də yararlana biləcəklər. Tətbiqetmənin Android versiyasında mahnıların offline istifadə üçün yaddaşda saxlanılması, mahnı tövsiyyə səhifəsi və Beats 1 Radiosu kimi standart funksiyalar da olacaq.


     
    Xidmətin beta sınaq heyətinin verdiyi məlumatlara görə tətbiqetmə Android-in verdiyi üstünlüklərlə daha effektiv çalışır. Android cihazlarda ram miqdarının çox olması aktiv istifadə zamanı gecikmələri maksimum səviyyədə aradan qaldırır. 
     
    Xidmət yay aylarından bu yana iOS-da 15 milyondan çox istifadəçi toplaya bilib, lakin əksər Android istifadəçilərinin istifadə etdiyi Spotify-da bu rəqəm 75 milyondan artıqdır. Çoxlarına görə Apple Music-in bu kütləyə təsir etməsi mümkün deyil.
     
    Aylıq abunə qiyməti 15 və ya 10 dollar olan Apple Music-in Android əməliyyat sistemi üçün bu payız aylarında istifadəyə verilməsi gözlənilir.




     

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Apple Music xidməti payız aylarında Android-ə gəlir | Technote