
Apple-ın gözü doymadı. Samsungdan daha 180 milyon dollar istəyir.
Elm & Texnologiya
07.05.2017
Farid
Apple və Samsung arasında sular durulmaq bilmir. Keçən ay baş tutan məhkəmədə Samsungun Apple-a 548 milyon dollar ödəyəcəyi təsdiqi tapmışdı. Lakin Apple samsungun 2012-ci ildən sonrakı telefon modellərində Apple-a məxsus patentlərdən istifadə etdiyini rəhbər tutaraq Samsungu yenidən məhkəməyə verib. Kaliforniya məhkəməsinə müraciət edən Apple, Samsungdan daha 180 milyon dollar pul tələb edir. Samsung birinci məhkəməni uduzandan sonra dərhal konsititusiya məhkəməsinə müraciət edərək patentdən istifadə qaydalarına yenidən baxılmasını istəyib. Görünən odur ki, bu iki rəqib firma arasında münasibətlər bir müddət gərgin şəkildə qalacaq.
Paylaş
Bənzər xəbərlər