
Apple-ın iş intervyusu zamanı soruşduğu 10 ən maraqlı sual
Elm & Texnologiya
07.05.2017
Farid
Apple dünyanın ən böyük texnologiya şirkətlərindən biri olduğu kimi eyni zamanda əksər texnologiya həvəskarlarının da kariyera qurmaq istədiyi bir yerdir. Bəs Apple-da çalışmaq üçün nə etmək lazımdır? Düzü bu sualın cavabını bilmirik. Amma işdi əgər şansınız gətirsə və Apple-la iş görüşməzinə çıxsanız əmin olun intervyu zamanı sizdən bu suallar soruşulacaq.
1. Ən yaxşı dostunuz kimdir?
2. Hər gün neçə uşaq doğulur?
3. Ağıllı olduğunuzu düşünürsünüz?
4. Özünüz haqda danışın, sizi nələr həyəcanlandırır?
5. Çörək qızartma aparatını maraqlı bir cihaz kimi necə təqdim edə bilərsiniz?
6. Kreativsiniz?
7. Bu gün bura nəyə görə gəlmisiniz?
8. Mənə sadəcə danışıqdan istifadə edərək bir Apple komputerini satmağa çalışın.
9. Son dörd il ərzində ən möhtəşəm və ən bərbad günləriniz hansılar olub?
10. Sizi nəyə görə işə götürməliyik?
Paylaş
Bənzər xəbərlər