Logo
    main-post-cover

    Apple naqilsiz şarj stansiyası ideyasından imtina etməyib

        4 il bundan öncə Apple şirkəti AirPower adlı cihazını təqdim etmişdi. Bu, naqilsiz şarj stansiyası idi və şirkətin planına əsasən o, eyni anda bir neçə cihazı şarj etməli idi. Lakin nəticədə AirPower satışa çıxmadı və şirkət onu ləğv etməli oldu. İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti naqilsiz şarj stansiyası ideyasından imtina etməyib. Lakin AirPower analoqunun nə zaman satışa çıxacağını söyləmək qəliz məsələdir. Bloomberg saytının analitiki Mark Gurman hələ keçən ilin oktyabr ayında məlumat vermişdi ki, Apple şirkətinin AirPower-a bənzər cihazı nə vaxtsa satışa çıxacaq. AirPower-a gəldikdə isə onun ləğv edilməsinə gətirib çıxartmış konkret səbəblər heç zaman açıqlanmayıb. İnsayderlər bildirirdilər ki, AirPower-ın ləğv edilməsinə gətirib çıxartmış əsas səbəblərdən biri bir neçə cihazın şarj prosesi zamanı şarj stansiyasının həddən çox qızması idi.
    Paylaş
    Bənzər xəbərlər