Logo
    main-post-cover

    "Apple" nəyə görə tətbiqləri App Store-dan silir?

    "Apple” şirkəti tətbiq istehsalçılarına rəsmi məktub göndərib. Məktubda App Store servisindəki bir çox tətbiqlərin silinəcəyi haqqında məlumat var. Həmin elan şirkətin saytına da yerləşdirilib.

    App Store-dan iOS-in köhnəlmiş versiyaları üçün yaradılmış və yenilənməmiş tətbiqlər silinəcək. Bu qərar həmçinin yaxşı səviyyədə çalışmayan tətbiqlər üçün də keçərli olacaq. "Technote.az”ın "Hi-tech.mail.ru”a istinadən verdiyi xəbərə əsasən ilk öncə servisdən heç kim tərəfindən yüklənməyən və ümumiyyətlə çalışmayan tətbiqlər silinəcək. Qeyd edək ki, hal hazırda App Store-da 2 milyona yaxın tətbiq var. Tətbiqlər bütün kateqoriyalar əsasında yoxlanılacaq. Bu qərar 7 Sentyabr tarixindən qüvvəyə minəcək. Tətbiq istehsalçısı xəbərdalığı aldığı müddətdən sonra 30 gün ərzində tətbiqdə olan problemləri aradan qaldırmalıdır. Əks halda tətbiq servisdən silinəcək.
    Həmçinin "Apple” tətbiqlərin adlandırılması qaydasına da dəyişiklik əlavə edib. Bundan sonra istənilən tətbiqin adında 50 simvoldan artıq istifadə etmək olmayacaq. Bundan əlavə olaraq əgər siz App Store-da Instagram-ı axtarmaq istəsəz onda servis yalnız əsl Instagram tətbiqini sizə təqdim edəcək. Onun adına bənzər digər bir tətbiq isə əks olunmayacaq. Bu üsul məşhur tətbiqlərin oxşarları ilə mübarizə aparmaqda köməklik edəcək.
    Paylaş
    Bənzər xəbərlər