main-post-cover

    Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

    Elm & Texnologiya
    13.04.2021
    Emil Nəcəfov
        Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. İndi isə şirkət bu məlumatı rəsmi şəkildə təsdiqləyib. Beləliklə şirkətin rəsmi məlumatına əsasən növbəti təqdimat tədbiri 20 aprel tarixində Apple Park kampusunda yerləşən Steve Jobs adına teatrda baş tutacaq. Pandemiya səbəbilə təqdimat tədbiri tamamilə online formatda keçiriləcək.
        Gözləntilərə əssən sözügedən tədbirdə Apple yeni iPad Pro modelini təqdim edəcək. Bəzi məlumatlara əsasən dünyada olan istehsalat problemləri səbəbilə yeni iPad Pro modeli ilk mərhələdə məhdud sayda satılacaq. Yeni iPad Pro modelinin Mini-LED ekran, A14X prosessoru və LiDAR skanerinə sahib əsas kamera ilə təchiz olunmalıdır. Bundan əlavə olaraq 20 aprel tarixində baş tutacaq tədbirdə həmçinin yeni iPad mini, yenilənmiş iMac, AirTag axtarış trekeri və AirPods 3 qulaqlığı da təqdim oluna bilər.
    Linki kopyala