
Apple növbəti dəfə məhkəməyə verildi.
Elm & Texnologiya
07.05.2017
Farid
Dünyanın məşhur texnologiya nəhəngi olan Apple, növbəti dəfə patent oğurluğu ilə bağlı olaraq məhkəməyə verilib.
Bu dəfə əzəli rəqibi Samsung tərəfindən yox, Caltech Universitetinin səlahiyyətli şəxsləri tərəfindən məhkəmə prosesi başladılıb. Caltech Universitetinin mütəxəssislərinin iddialarına görə Apple cihazlarında son olaraq istifadə olunan Wi-Fi çipinin patenti həmin universitetə məxsusdur. Apple isə heç bir icazə olmadan iPhone 5 moelindən bu yana həm iPhone-larda həm də iPad-larda bu texnologiyadan istifadə edib. 802.11n ve 802.11ac Wi-Fi patentlərinə sahib olan universitet mühəndisləri bu texnologiyadan Apple-ın istifadə etməsinin Apple-a külli miqdarda qazanc gətirdiyini dilə gətiriblər. Fərqli modellərə aid olan patnetlərdən biri 2006 digəri isə 2012-ci ildə alınıb. Başlanan məhkəmənin bir qolu isə Macbook-dakı Wi-Fi çiplərini istehsal edən Broadcom-u da əhatə edir.
Paylaş
Bənzər xəbərlər