main-post-cover

    Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

    Elm & Texnologiya
    22.05.2022
    Emil Nəcəfov
        Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni patenti məhz buna işarə edir. Şirkətin yeni patentinə əsasən cihazlarda sensorlu düymələr reallaşdırılacaq və həmin düymələr cihazların gövdələrində lazım olduqları zaman ortaya çıxacaqlar. Patentdəki təsvirə əsasən cihazların gövdələrində sensorlu düymələrin yerləşəcəkləri yerlərdə işıq keçiriciliyinə sahib mikroperforasiyalar olacaqlar. İstifadəsi lazım olduğu halda onlar işıq saçacaqlar və beləliklə istifadəçi barmağını hara toxundurmalı olduğunu başa düşəcək. Bü cür sensorlu düymələr fiziki analoqlardan geri qalmayaraq toxunuşlara və klikləmələrə reaksiya verə biləcəklər.
        Lazım olmadıqları halda isə həmin düymələr deaktiv olacaqlar və gözə görünməyəcəklər. Apple şirkətinin fikrincə bu cür texnologiyadan istifadə imkanları çox genişdir. Məsələn bu cür sensorlu düymələr müxtəlif bildirişləri əks etdirə bilərlər. Bundan əlavə olaraq cihazdan istifadə üzrə müxtəlif ssenarilərdə onlar öz indikatorlarını dəyişə də bilərlər. Çox güman ki, bu cür texnologiya Apple cihazlarında yaxın zamanda reallaşdırılmayacaq. Lakin onun gələcəkdə reallaşdırılma ehtimalı çox yüksəkdir. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Apple şirkətinin öz cihazlarında şarj girişlərindən imtina etmək kimi bir planı da var idi.
    Linki kopyala