Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patentləşdirib

Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patentləşdirib

Texnologiya
21.03.2023 PAYLAŞIM

    Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobili ilə bağlı bir neçə patenti qeydiyyatdan keçirdib. Qeydiyyatdan keçirilmiş patent sənədlərindən birində gələcək elektromobildə istifadə ediləcək unikal işıqlandırma texnologiyası əks olunub. Məlumata əsasən sözügedən işıqlandırma texnologiyası üzlük parçası əsasında çalışacaq. Söhbət, oturacaqların, oturacaqların yuxarı hissələrində olan başlıq hissələrinin, qapıların, idarə panelinin və salonun digər elementlərinin üzlükləri altında gizlədiləcək idarəetmə elementlərinin işıqlandırılmasından gedir. Məlumatda qeyd edilib ki, istifadə zamanı sistem idarəetmə işarələrini və mətnlərini işıqlandıracaq.


    İstifadə prosesinin yekunlaşdırılması zamanı isə sistem işıqlandırmanı deaktiv edəcək. Nəticədə üzlük parçasının alt hissəsində yerləşəcək ikonlar görünməz hala gələcəklər. Bu isə öz növbəsində elektromobilin salonunu əlavə vizual küydən azad edəcək. Bu cür işıqlandırma sistemi həmçin gecə saatlarında müəyyən elementləri işıqlandıraraq naviqasiya sistemi rolunda çıxış edə bilər. Buna misal olaraq fincanın yerləşdirilməsi və ya smartfonun şarj prosesi üçün nəzərdə tutulmuş sahənin işıqlandırılmasını gətirmək olar. Öz patent sorğusunda şirkət qeyd edib ki, müxtəlif növ elementlərin işıqlarını əks etdirəcək material avtomobilin interyerində istifadə edilən adi parçadan və ya digər növ materialdan ibarət ola bilər. Sözügedən texnologiyanın yekun olaraq Appel elektromobilində istifadə edilib-edilməyəcəyi bilinmir.



DAHA ÇOX


Analitiklər Apple Vision Pro barəsində fikirlərini söyləyiblər

TrendForce şirkətinin analitiklərinin proqnozlarına əsasən Apple şirkəti gələn il 200 000 ədəd Visio..


Snapdragon 8 Gen 3 hansı performansı sərgiləyəcək?

Qualcomm şirkəti keçən həftə Snapdragon 8 Gen 3 flaqman prosessorunun təqdimat tədbirini anons etmiş..


Apple Vision Pro-nun sahib olduğu batareyanın təqribi həcmi barəsində məlumat ve..

Apple şirkəti öz qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edən zaman qeyd etmişdi k..


Samsung Galaxy Watch 6 smart saatı hansı gücdə şarj texnologiyasını dəstəkləyəcə..

Samsung şirkətinin iyul ayının sonunda keçirəcəyi Galaxy Unpacked tədbiri çərçivəsində qatlana bilən..


Apple Vision Pro-nun maya dəyəri nə qədər təşkil edir?

Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatı WWDC 2023 konfransını..

×