Logo
    main-post-cover

    Apple öz kompüterlərinə Face ID-nin inteqrasiyasını nəzərdən keçirir

        Apple növbəti patentinin qeydiyyat sorğusunu göndərib. Göndərilmiş patent sorğusunda şirkətin noutbuk və monobloklarının üz skanı texnologiyası ilə təchiz olunmaları təsvir edilib. Apple kompüterləri özlərində konfidensial məlumatları saxlaya bilən hesablama cihazları kimi qələmə verir. Bu səbəbdən də şirkətin fikrincə onlar istifadəçinin autentifikasiyası mövzusunda etibarlı mexanizmə sahib olmalıdırlar.
        Yeni patentin sənədlərinə əsasən sözügedən mexanizm öz növbəsində kompakt ölçülü və yüksək dəqiqliklə skan imkanına sahib olmalıdır. Apple çıxış yolu kimi Face ID-yə bənzər texnologiyanı təklif edir. Patent sorğusunda qeyd edilib ki, bu cür autentifikasiya mexanizmi ekrana yaxın yerləşməlidir. Patent sorğusundakı fotolarda görmək olar ki, cihazların ekranlarında ənənəvi çıxıntı hissə var. Bu cür çıxıntı hissə artıq müəyyən müddətdir ki, Apple noutbuklarında istifadə edilir. Şirkətin öz kompüterlərinə Face ID-ni nə zaman inteqrasiya edəcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər