Logo
    main-post-cover

    Apple öz prosessorlarının hazırlanmasında süni zəkadan istifadə etməyi planlaşdırır

    Elm & Texnologiya
    19.06.2025
    Emil
         Generativ süni zəka artıq uzun müddətdir ki, proqram kodlarının yazılmasında istifadə olunur və çip istehsalçıları da bu alətdən istifadə etməklə fəaliyyətlərini optimallaşdırmağa heç bir maneə görmürlər. Ən azı Apple nümayəndələrinin rəsmi açıqlamalarına əsaslansaq, onlar da bu ssenariyə üstünlük verirlər. Apple şirkətinin aparat texnologiyaları üzrə baş vitse-prezidenti Johny Srouji bu barədə şərhlərini ötən ay Belçikaya səfəri zamanı bildirib. Həmin səfər çərçivəsində ona yarımkeçirici texnologiyalar sahəsində fəaliyyət göstərən tanınmış tədqiqat təşkilatı olan Imec tərəfindən mükafat təqdim edilib.
         Srouji-nin açıqlamalarından belə nəticə çıxır ki, Apple 2010-cu ildən bəri prosessorlarının hazırlanması prosesində yalnız ən müasir alətlərə və ixtisaslaşmış proqram təminatına ehtiyac duyduğunu müəyyən edib. Apple nümayəndəsi bildirib ki, çip layihələndirilməsi üçün proqram təminatı hazırlayan mühəndislər süni zəka alətlərini fəal şəkildə tətbiq etməyə can atırlar: “Generativ süni zəkanın metodları inkişaf prosesini sürətləndirmək potensialına malikdir, bu isə daha qısa zamanda daha çox iş görməyə imkan verir və əmək məhsuldarlığını əhəmiyyətli dərəcədə artırır”.
         Bundan əlavə, Apple çip hazırlama sahəsindəki təcrübəsi sayəsində başa düşüb ki, bu sahəyə böyük investisiyalar qoymaq lazımdır və geriyə baxmaq olmaz. Şirkət 2020-ci ildə kompüterlərini Intel prosessorlarından öz hazırladığı çiplərə keçirməyə başlayanda, bu prosesin uğursuzluğa düçar olacağı təqdirdə istifadə ediləcək ehtiyat planı yox idi. Apple həm proqram təminatı, həm də digər sahələrdə nəhəng işlər görməli oldu və bu keçid onun bütün güc və resurslarını səfərbər etməsini tələb etdi.
    Paylaş