Apple öz saytında bütün istifadəçi məlumatlarının olduğu bölməni istifadəyə verdi

Apple öz saytında bütün istifadəçi məlumatlarının olduğu bölməni istifadəyə verdi

Texnologiya
27.05.2018 PAYLAŞIM

    Apple şirkəti öz rəsmi saytında Data & Privacy bölməsini işə salıb. Həmin bölmədə bütün Apple istifadəçilərinin məlumatları yerləşir. Sözügedən bölmədə bütün alış-verişlər, tətbiqlərdən istifadə hekayəsi, təqvim, iCloud-da, Apple Music-də saxlanan foto və sənədlər, Game Center statistikası, marketinq hekayəsi və həmçinin AppleCare servisinin hekayəsi məlumatları bir araya toplanıb.

“Bundan sonra Apple məhsulları konfidensiallıq barədə yeni məlumatları özlərində saxlayır. Bunun sayəsində siz biləcəksiniz ki, Apple sizin məlumatlarınızı necə istifadə edir” – deyə şirkət bildirib.

    Apple ID hesablarına sahib istifadəçilər nəinki öz məlumatlarını tapa həmdə onları readəktə edə, həmişəlik və ya müəyyən vaxtlıq silə və yükləyə bilərlər. Məlumatları yükləmək üçün sayt vasitəsilə sorğu göndərmək lazım olacaq. Sorğunun göndərilməsindən müəyyən müddət sonra isə istifadəçinin elektron poçt ünvanına yükləmə linki göndəriləcək. Həmin link 2 həftədən sonra deaktiv olunacaq. İstifadəçi istədiyi məlumatı ona rahat formatda yükləyə biləcək. Bununla yanaşı Apple ID hesabını deaktiv etmək də olar. Lakin bundan sonra istifadəçi istənilən Apple servisindən istifadə edə bilməyəcək.

Bənzər xəbər


    Əgər istifadəçi fikrindən daşınsa öz hesabını geri qaytara bilər. Lakin hesabı tamamilə siləndən sonra onu bərpa etmək mümkün olmayacaq. Bu üsul ilə Apple şirkəti Avropa Birliyinin 25 May tarixindən qüvvəyə minmiş GDPR (General Data Privacy Regulations) qanununa əməl edir. Hal hazırda Apple şirkətinin saytındakı Data & Privacy bölməsi vasitəsilə məlumatların yüklənməsi yalnız Avropa Birliyi çərçivəsində, İslandiyada, Lixtenşteyndə, Norveçdə və İsveçrədə aktivdir. Lakin məlumatların redaktə, deaktiv olunması və ya həmişəlik silinməsi barəsindəki sorğunu istənilən istifadəçi göndərə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..

×