Reklam
Apple pilotsuz elektromobilin hazırlanma prosesində çətinliklərlə qarşılaşıb

Apple pilotsuz elektromobilin hazırlanma prosesində çətinliklərlə qarşılaşıb

Texnologiya
12.07.2022 PAYLAŞIM

    Artıq uzun müddətdir ki, internetə sızan məlumatlara əsasən Apple şirkəti Apple Car adlı pilotsuz elektromobil üzərində çalışır. The Information saytının verdiyi yeni məlumata əsasən isə şirkət bu məsələdə bəzi çətinliklər ilə qarşılaşıb. Belə ki, məlumatda qeyd edilib ki, Project Titan kod adına sahib bu layihə üzərində çalışan mütəxəssislər və layihə rəhbəri tez-tez dəyişir. Bundan əlavə olaraq hər dəfə dəyişikliyə layihənin əsas məqsədi də məruz qalır. Məlumata əsasən Project Titan layihəsinin müəyyən mərhələlərdə uğursuzluqları və onun yekun məqsədinin dəyişməsi səbəbilə onun üzərində çalışanlar artıq ona o qədər də isti baxmırlar. Məlumatda qeyd edilib ki, şirkətin proqram təminatının hazırlanması üzrə baş vitse-prezidenti olan Craig Federighi də bu layihəyə skeptik yanaşır.

    Layihə üzərində rəhbərlik edən şəxslərin tez-tez dəyişməsi onun heç də xeyrinə olmayıb. Layihəyə ən böyük zərbə isə Doug Field adlı rəhbərin layihədən keçən il ayrılması oldu. Onu isə öz növbəsində daha öncə Apple Watch smart saatları üçün watchOS əməliyyat sisteminin hazırlanmasına rəhbərlik etmiş Kevin Lynch əvəzləyib. Məlumatda qeyd edilib ki, pilotsuz elektromobil üçün hazırlanan proqram təminatının dəfələrlə sərgiləndiyi zaman şirkət müyyən problemlər ilə qarşılaşıb. Belə ki, elektromobil öncədən planlaşdırılmış marşrut üzrə problemsiz hərəkət etsə də, yad sahə üzrə hərəkət zamanı idarəni daima fiziki sürücüyə ötürüb. The Information saytının mənbələrinə əsasən Lexus brendinə aid krossoverin təkmilləşdirilmiş versiyası olan Apple elektromobili şirkətin binası ətrafında test səyahətləri zamanı dəfələrlə yol səkilərinə çırpılıb və bəzi hallarda öz yol zolağından kənara çıxıb.


    Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, bu il ərzində Apple elektromobilinin keçirilmiş test səyahətlərindən biri zamanı nəqliyyat vasitəsi az qala insana zərər yetirə bilərmiş. Gözləntilərə əsasən Apple Car həm xaricdən həm də daxildən futuristik dizayna sahib olacaq. Bununla yanaşı şirkət sükana və pedallara sahib olmayan avtomobilin hazırlanması üçün ABŞ-ın müəyyən nizamlayıcı orqanlarından icazə almağı planlaşdırır. The Information qeyd edib ki, Apple Car layihəsinin hal hazırki prototipi 4 sərnişin oturacağına sahibdir və həmin oturacaqlar bir-birilərinə tərəf istiqamətləniblər. Bu halda sərnişinlər rahat şəildə bir-biriləri ilə ünsiyyətdə ola biləcəklər. Bəzi məlumatlara əsasən Apple öz ilk elektromobilini 2025-ci ildə satışa çıxartmağı planlaşdırır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatlar..

Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxart..


Apple M2 və M2 Pro prosessorlu Mac mini üzərində çalışır

Bloomberg saytının jurnalisti Mark Gurman Apple şirkətinin yeni Mac mini kompüteri barəsində məlumat..


Nothing şirkəti yeni məhsullarına işarə edən video təqdim edib (VİDEO)

Nothing şirkəti öz Youtube kanalında “What’s after Phone (1)?” adlı video təqdim edib.


Tesla Optimus robotunun əllərinin əks olunduğu tizer foto təqdim edilib

Tesla AI Day Part 2 tədbirinin keçirilməsinə az müddət qalmış şirkət insana bənzər Tesla Optimus adl..


BMW i4 eDrive35 adlı yeni elektromobilini təqdim edib - QİYMƏTİ

BMW şirkətinin ABŞ şöbəsi elektrikli i4 eDrive35 2023 sedanını təqdim edib.


OnePlus Nord Buds CE adlı yeni büdcəli naqilsiz qulaqlıqlar təqdim edilib - QİYM..

Artıq sabah OnePlus şirkəti OnePlus 10T flaqman smartfonunu təqdim edəcək. Lakin ondan öncə şirkət N..

×