Logo
    main-post-cover

    Apple proyektorlara sahib yeni növ iMac-ı patentləşdirib

        İnternetdə Apple şirkətinin yeni patenti aşkar edilib. Aşkar edilmiş patentdə əks olunmuş texnologiya iMac-dan istifadə təcrübəsini yeni səviyyəyə yüksəltmək üçün nəzərdə tutulub. Belə ki, patentləşdirilmiş texnologiya heç bir əlavə monitor almadan iMac ekranının sahəsini genişləndirir. Bunun üçün adi divardan istifadə edilir. Patent sənədlərinə əsasən yeni nəsil iMac proyektorlar ilə təchiz oluna bilər. İstifadəçi isə öz növbəsində həmin proyektorlar vasitəsilə iMac ekranındakı görüntünü monoblokun arxasında yerləşən divarda əks etdirə bilər.
        Patentə əsasən proyektorların iMac-ın arxa panelinə inteqrasiyası nəzərdə tutulub. Bundan əlavə olaraq patentdə qeyd edilib ki, bu cür iMac modeli arxa panelə yerləşdirilımiş kameraya da sahib ola bilər. Kameranın əsas məqsədi isə divarda əks olunan görüntü proyeksiyasını izləyərək əsas iMac ekranında iş masasının görünməyən obyektlərinin divarda dəqiq şəkildə əks olunmalarını təmin etməkdir. Apple şirkətinin digər patentləri kimi bu patentin də nəticə etibarilə reallaşdırılılıb-reallaşdırılmayacağı məlum deyil.
    Paylaş
    Bənzər xəbərlər