
Macrumors saytının verdiyi məlumata əsasən WWDC 2023 konfrasının keçirilməsinə az müddət qalmış Apple özünə məxsus fiktiv şirkətinin adı ilə qarışıq reallıq (AR + VR) cihazını əhatə edən yeni əmtəə nişanının qeydiyyatdan keçirilməsi sorğusunu göndərib. Apple şirkətinə məxsus olan Deep Dive LLC adlı fiktiv şirkət 18 may tarixində Argentina, Türkiyə və Filippində xrProOS adlı əmtəə nişanının qeydiyyatdan keçirilməsi sorğusunu göndərib.
Qeyd etmək lazımdır ki, eyni şirkət bu ayın əvvəlində Yeni Zelandiyada, Avstraliyada və Böyük Britaniyada həmçinin xrOS adlı əmtəə nişanının qeydiyyatdan keçirilməsi sorğusunu da göndərmişdi. Bloomberg saytının məşhur insayderi Mark Gurman daha öncə qeyd etmişdi ki, Apple şirkətinin ilk qarışıq reallıq cihazında istifadə ediləcək yeni əməliyyat sistemi xrOS adını əldə edəcək. Lakin xrProOS adı ilk dəfədir ortaya çıxır. Buna görə də şirkətin bu adı nə üçün istifadə edəcəyi tam aydın deyil. Gözləntilərə əsasən Apple şirkəti ilk qarışıq reallıq cihazını 5 iyun tarixində start götürəcək WWDC 2023 konfransı çərçivəsində təqdim edəcək.