Logo
    main-post-cover

    Apple qatlana bilən iPad hazırlamağı planlaşdırır

        2023-cü il olmasına baxmayaraq Apple şirkəti hələ də hansısa qatlana bilən cihazını təqdim etməyib. Lakin son zamanlarda ortaya çıxan məlumatlara əsasən şirkət artıq bu cür cihazı hazırlama prosesindədir. Bununla belə şirkət qatlana bilən smartfonla yanaşı həmçinin qatlana bilən planşet üzərində də çalışır. İnsayderlər bildiriblər ki, şirkət Fold form-faktoru tərzində hazırlanacaq qatlana bilən iPad-ı satışa çıxartmağı planlaşdırır. Gözləntilərə əsasən qatlana bilən iPad modeli şarnir konstruksiyasına sahib olacaq və o, planşetin iki hissəsini birləşdirəcək. Qeyd etmək lazımdır ki, hələ bu ilin yanvar ayında məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, şirkət qatlana bilən iPad modelini 2024-cü ildə satışa çıxartmağı planlaşdırır. Bu cür iPad modelinin sahib ola biləcəyi texniki özəlliklər barəsində konkret bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər