main-post-cover

    'Apple' 'Qualcomm' ilə yollarını ayırır

    Elm & Texnologiya
    31.10.2017
    Farid Pardashunas
    The Wall Street Journal-ın verdiyi xəbərə əsasən yeni model iPhone və iPad-lərdə “Qualcomm” şirkətinin istehsalı çiplər olmayacaq.
    Məlumata əsasən “Apple” şirkəti Intel MediaTek çipləri əsasında öz cihazlarını istehsal etmək ehtimalını düşünür. Bu ilin Yanvar ayında “Apple”, “Qualcomm”u məhkəməyə verib ondan 1 milyard dollar tələb edəndən sonra “Qualcomm” öz prosessorlarının iPhone iPad modellərində test edilməsindən imtina etdi. Hər iki şirkət arasında məhkəmə prosesi indiyənə kimi gedir.
    “Apple” şirkəti bildirib ki, “Qualcomm” öz patentlərinə olan qiymətləri qaldırıb və digər topdan satıcını seçməyə icazə vermir. “Qualcomm” isə öz növbəsində iPhone modellərinin ABŞ-a idxalının qadağan olunmasını tələb etdi. Bundan əlavə olaraq bu ayın əvvəlində “Qualcomm” şirkəti bildirdi ki, “Apple” onun 3 patentini qanunsuz şəkildə istifadə edir və bununla bağlı Çin məhkəməsinə baş vuraraq iPhone modellərinin Çində satılmasına qadağanın qoyulmasını tələb etdi.
    Beləliklə “Qualcomm” istehsalı çiplərin yeni model iPhone və iPad-lərdə olacağı məsələsi hələki sual altında qalır. Qeyd etmək lazımdır ki, köhnə model iPhone-lar üçün “Qualcomm” yeganə çip istehsalçısı qismində çıxış edirdi. iPhone 7-dən başlayaraq isə “Apple” şirkəti, “Qualcomm” və “Intel”in komponentlərini öz cihazlarında birləşdirməyə başladı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər