Apple, qulaqlıqlar üçün keçid naqilinin iPhone komplektində satılmasından imtina edə bilər
Elm & Texnologiya
04.08.2018
Farid Pardashunas
Apple şirkətinin öz smartfonlarında ənənəvi 3.5 mm-lik
audiogirişdən imtina etməsi mübahisəli hal idi. Lakin Lightning-dən 3.5 mm-lik
girişə olan keçid naqili vəziyyəti düzəldirdi. Görünür, Apple şirkəti artıq bu
keçid naqilindən də imtina edəcək. Bu barədə Cult of Mac saytı xəbər verib.
Sonuncu hesabata əsasən Apple şirkəti bu keçid naqilini öz smartfon komplektlərinə
yerləşdirilməsindən imtina edəcək. Beləliklə iPhone 2018 modelinin alıcıları
artıq bu keçid naqilini smartfon komplektində əldə etməyə bilərlər.
Bununla belə
Apple şirkəti bu naqili əlavə olaraq əldə etmək imkanını saxlayacaq. Qeyd etmək
lazımdır ki, sözügedən keçid naqilinin qiyməti 9$ təşkil edir. Lakin Apple istəyir
ki, insanlar artıq naqilli aksessuarlardan naqilsiz variantlara keçid etsinlər.
Söhbət, Bluetooth qulaqlıqlardan gedir. Lakin insanlar tamamilə fərqli düşüncədədirlər.
Bir çoxlarının fikrincə yüksək keyfiyyətli naqilli qulaqlıqlar daha yaxşıdır.
Bundan əlavə olaraq qulaqlığın naqilsiz olmağı çox zaman onun yüksək qiymət göstəricisinə
sahib olması deməkdir. Bazarda isə yüksək keyfiyyətli və ucuz Lightning
qulaqlıqların sayı o qədər də çox deyil.
Təbii ki, bu halda ən yaxşı variant
Apple AirPods qulaqlıqlarıdır. Lakin onların da qiymətləri heç ucuz deyil. Onu
da qeyd etmək lazımdır ki, Apple üçün bu keçid naqilini istehsal edən şirkətə
bu cür qərar mənfi təsir göstərəcək. Hal hazırda Apple üçün sözügedən keçid
naqilini istehsal edən Cirrus şirkətidir. Şirkət bu vasitə ilə külli miqdarda vəsait
əldə edir və keçid naqilinin istehsalı onun gəlirinin 76%-ni təşkil edir. Apple
tərəfindən keçid naqilinin sifarişinin azalması isə öz növbəsində Cirrus şirkətinin
iflasına gətirib çıxara bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)