main-post-cover

    Apple real dünyadakı rəngləri qrafik redaktora köçürə biləcək yeni nəsil Apple Pencil-i patentləşdirib

    Elm & Texnologiya
    03.01.2023
    Farid Pardashunas
        Apple şirkəti yeni nəsil Apple Pencil stilusunu patentləşdirib. Patent sənədlərinə əsasən yeni nəsil Apple Pencil stilusunun konstruksiyasında optik sensor olacaq və həmin optik sensor real dünyadakı rəngləri təyin edərək onları qrafik redaktora köçürə biləcək. Patentə əsasən yeni nəsil Apple Pencil-in sahib olacağı optik sensor müxtəlif səthlərin rənglərini və teksturlarını təyin edə biləcək.
        Stilus kontaktda olduğu səthlərin rəngləri və teksturları barəsində məlumatları naqilsiz şəbəkə vasitəsilə iPad kimi qoşulu olduğu cihaza ötürə biləcək. Patent sənədlərində həmçinin qeyd edilib ki, yeni nəsil Apple Pencil bu və ya digər obyektin teksturunu ölçə və rəng çalarları barəsində daha ətraflı məlumatı əldə etmək üçün işığın, obyektin rənginə necə təsir göstərdiyini təyin edə biləcək. Apple şirkətinin digər patentləri kimi bu patentin də nəticədə dəqiq şəkildə reallaşdırılacağı məlum deyil.
        Lakin şirkət nəticədə obyektlərin rənglərini təyin edə bilmə funksiyasına sahib stilusu satışa çıxartmağa qərar versə, bu cür Apple Pencil rəqəmsal kontent yaradıcıları, dizaynerlər, 3D modellər yaradan şəxslər və digər mütəxəssislər üçün əvəzolunmaz cihaza çevriləcək. Belə ki, bu məsələdə real obyektlərin rənglərinin və teksturlarının bu və ya digər cihaza kopyalanması faktoru həlledici olacaq. Yeni nəsil Apple Pencil-in satışa çıxarılması hal hazırda aktual məsələdir. Belə ki, iPad planşetləri rəqəmsal rəssamlar və qrafik dizaynerlər arasında daha çox məşhurlaşmağa davam edirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər